"Bizi "zibil"ə salan o idi" - Sabiq federasiya rəsmisi

"Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) Beynəlxalq Ağırlıqqaldırma Federasiyasına (IWF) ödədiyi məbləğin miqdarını bilmirəm. Bu, mən federasiyadan ayrılandan sonra olub. Amma cərimənin ödənildiyi dəqiqdir". 

Sport7.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında AAAF-ın sabiq icraçı direktoru İsgəndər Əsgərov IWF-in sabiq prezidenti Tamaş Ayanın Azərbaycanın 500 min dollarlıq cəriməsini mənimsəməsinə münasibət bildirərkən deyib. 

Həmin vaxt bu vəzifədə çalışmadığını xatırladan İ.Əsgərov cərimənin sonradan tətbiq olunduğunu və Azərbaycan tərəfindən ödənildiyini sözlərinə əlavə edib. Sabiq federasiya rəsmisinin sözlərinə görə, Ayanın pulu mənimsəməsi inandırıcıdır: "O, belə adam idi. Təkcə bizim cəriməmiz deyil, 9 ölkədən cərimə götürübsə, qeydiyyatdan keçirməli idi. Tamaş Ayanı vəzifəsindən çıxarıblar, amma yoxlamalar davam edir. Riçard Maklaren adında dopinqə görə yoxlama aparan tanınmış şəxs var, beynəlxalq federasiya onu götürüb və müqavilə bağlayıb ki, Ayanın fəaliyyətini yoxlasın. İndi onun bütün "zibil"ləri yəqin ki, üzə çıxacaq. Bizi də "zibil"ə salan o idi. Tək biz deyilik, ən azı 10 ölkə var idi ki, onları sıxmışdı. Götürdü hamını dopinqə saldı. Halbuki o qədər dopinq yox idi və bütün komandanı, 18 nəfəri yazmışdı. Özü nə istəyirdi edirdi, çox qəliz adam idi".

Tamaş Ayanın Azərbaycanın yarım milyon dollarını mənimsədiyi üzə çıxıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR