"1-2 epizodda rəqibi yaxalasaq da, imkanlardan istifadə edə bilmədik" - Rəşad Sadıqov

Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində "Qarabağ"la qarşılaşan "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov oyundan sonra fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, veteran futbolçu bunları söyləyib: "İlk növbədə rəşadətli ordumuzun uğurlarına görə, onları təbrik edirəm. Allah onları qorusun. Düşünürdük ki, üç gün əvvəlki oyuna görə yorğun olarlar. Amma Qurban Qurbanov bu baxımdan təcrübəlidir. 1-2 epizodda rəqibi yaxalasaq da, imkanlardan istifadə edə bilmədik. Amma ikinci hissə rəqibin üstünlüyü şəraitində keçdi. Qurban müəllimin Romeroya, Patrikə istirahət verəcəyini, gənclərə üstünlük verəcəyini düşünürdüm. Həmlə etmək gücüm yox idi. Çünki heyətimizdə ciddi itkilər var idi".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR