"1000% əminəm ki, "Barselona"da qalacaq"

"Barselona"nın vinqeri Usman Dembelenin meneceri Mussa Sissoko müştərisinin katalon klubunu tərk etməyəcəyini bildirib:

"Usman heç vaxt "Barselona"dan ayrılmaq barədə düşünməyib. O, klubda özünü rahat hiss edir. Avropa nəhənglərinin marağına baxmayaraq, Dembele "Barselona" ilə bağlı uzunmüddətli planlar qurur.

Təəssüf ki, zədə Usmanın yaxşı mövsüm keçirməsinə mane olur, ancaq inanıram ki, bu faktor onun istəyinin azalmasına səbəb olmayacaq. Ən qısa müddətdə sıralara qayıdacaq və haqqındakı tənqidlərə özü cavab verəcək.

1000% əminəm ki, Dembele "Barselona"da qalacaq".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR