15 yaşlı şahmatçı oynamaqdan imtina etdi

15 yaşlı şahmatçı oynamaqdan imtina etdi

Son zamanlar sərgilədiyi fantastik oynu və nəticələri ilə özündən söz etdirməyi bacaran 15 yaşlı iranlı şahmatçı Əlirza Firuja bu dəfə qalmaqallı olayla diqqətləri öz üzərinə çəkib.
 
Sport7.az xəbər verir ki, Almaniyanın Karlsrue şəhərində keçirilən "Grenke Chess" şahmat festivalının "B" qrupunda çıxış edən Firuja, üçüncü turun oyununa çıxmaqdan imtina edib. Buna səbəb isə rəqibinin israilli olmasıdır. İlk iki turdakı qələbələrdən sonra püçk 3-cü turda Əlirzaya rəqib olaraqisrailli Or Bronşteyni seçdi. 15 yaşlı iranlı şahmatçı isə öz növbəsində oyuna gəlməyərək texniki məğlubiyyət aldı. Turnir təşkilatçıları tərəfindən olay haqqında FİDE-yə müraciyət olunub və hələ ki, Ali şahmat qurumu məsələ ilə bağlı münasibət bildirməyib.
 
 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR