16 yaşlı voleybolçularımız Gürcüstanda yarışacaq

16 yaşlı voleybolçularımız Gürcüstanda yarışacaq

23-28 noyabr 2019-cu il tarixlərində Gürcüstanın Tbilisi şəhərində Voleybol üzrə 16 yaşlı qızlar arasında Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) Çempionatı keçiriləcək.
 
Sport7.az xəbər verir ki, çempionatda 9 ölkənin milli komandası mübarizə aparacaq. Gürcüstan, Latviya, Rusiya, Ukrayna, Belarus, Estoniya, Litva və Polşanın iştirak edəcəyi yarışda qızlarımız A qrupunda öz güclərini sınayacaqlar.

Yarışa hazırlıq məqsədilə, məşqlər 18 nəfərlik heyətlə davam edir. Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) Çempionatında çıxış edəcək millimizin baş məşqçisi, gənc, təcrübəli, voleybol üzrə qadınlardan ibarət milli komandanın məşqçisi Emin Əbilov təyin olunub.

Qrup A: Azərbaycan, Gürcüstan, Latvia, Rusiya, Ukrayna.
Qrup B: Belarus, Estoniya, Litva, Polşa.

2019-11-23 15:00 Azərbaycan - Ukrayna
2019-11-23 17:30 Gürcüstan - Rusiya
2019-11-24 15:00 Gürcüstan - Latviya
2019-11-24 17:30 Rusiya - Ukrayna
2019-11-25 10:00 Latviya - Rusiya
2019-11-25 15:00 Azərbaycan -Gürcüstan
2019-11-26 12:30 Rusiya - Azərbaycan
2019-11-26 17:30 Ukrayna - Latviya
2019-11-27 10:00 Latviya - Azərbaycan
2019-11-27 15:00 Ukrayna - Gürcüstan
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR