19 yaşlı futbolçu İspaniya və Almaniya nəhənginin hədəfində

19 yaşlı futbolçu İspaniya və Almaniya nəhənginin hədəfində

"Zaltsburq”un hücumçusu Kərim Adeyemi Avropa nəhənglərinin maraq dairəsinə düşüb.

Sport7.az xəbər verir ki, almaniyalı forvardın İspaniyaya və ya öz ölkəsinə köçmək variantı yaranıb.

Çünki "Barselona” və yetirməsi olduğu "Bavariya” 19 yaşlı forvardı transfer etmək üçün mübarizəyə girişib. Ötən ilin yayında "Çelsi”yə keçməkdən imtina edən Adeyemi yeni təklifləri hələlik cavabsız qoyub.

2018-ci ildən "Zaltsburq”un şərəfini qoruyan Kərim Adeyeminin klubla müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR