2 ermənini yenən Sənan

2 ermənini yenən Sənan "qızıl"ı belə qazandı (VİDEO)

İtaliyada keçirilən güləş üzrə Avropa çempionatında qızıl medala sahib çıxan yunan-Roma güləşçimiz Sənan Süleymanov finalda layiqli müqavimətlə üzləşib.

Sport7.az xəbər verir ki, o, öncə Bolqarıstanı təmsil edən erməni güləşçi Aik Mnatsakanyana qalib gəlib. Daha sonra İtaliya idmançısı Matteo Maffezzoliyə şans tanımayan güləşçimiz 1/4 finala vəsiqə qazanıb. 

Bu mərhələdə Yunanıstan idmançısı Georgios Prevolarakislə görüş dramatik alınıb. Möhtəşəm əzmkarlıq nümayiş etdirən Sənan son saniyələrdə uğurlu fənd işlədərək rəqibinin kürəyini yerə sıxıb və yarımfinala yüksəlib. 

Yarımfinalda təcrübəli Ermənistan güləşçisi Karapet Çalyanla prinsipial görüşdən də üzüağ çıxan Süleymanov debüt etdiyi qitə birinciliyinin finalına vəsiqə qazanıb. Dünən macarıstanlı Zotlan Levayla həlledici görüşə çıxan gənc pəhləvanımız ikinci hissədə qazandığı xallarla ilk dəfə qatıldığı Avropa çempionatının qalibi olub.

 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR