20 dollarlıq oyun alqı-satqısını da bacarmadılar

20 dollarlıq oyun alqı-satqısını da bacarmadılar
Afrikanın cənubunda yerləşən Malavidə komediya kinolarına bənzər oyun alqı-satqısı halı ortaya çıxıb.

Sport7.az xəbər verir ki, bu haqda ESPN telekanalı məlumat yayıb. Telekanalın xəbərinə görə dörd hakim, aşağı liqalarda yer alan "Nçalo Yunayted" - "Çitiba Yunayted" arasındakı kubok matçında hakim Aziz Nyirenda, köməkçiləri Limbani Çisambi və Stefano Qomani ilə, dördüncü hakim Cimmi Piri, "Nçalo Yunayted"in qələbə qazanması üçün 20 dollar alıb. Ancaq oyun 1:1 hesabı ilə yekunlaşıb. Pulu verən tərəf, yəni "Nçalo Yunayted" isə penaltilər seriyasında uduzub. 

Oyun istənildiyi kimi sona çatmayınca alqı-satqı parasını geri istəyənlərə hakimlər öz aralarında cəmi 15 dollar toplaya biliblər. Bu üzdən "Nçalo" rəsmiləri şikayət edincə alqı-satqı olduğu ortaya çıxıb. Malavi Hakim Birliyi həmin 4 hakimin futboldan ömürlük uzaqlaşdırıldığını açıqlayıb. Malavi Beynəlxalq Hkim Birliyinin rəsmisi Kris Kaliçero "Belə bir cinayət işlənirsə, nəticə istədiyiniz kimi olmasa da, ömürlük diskvalifikasiya lazımdı". Köməkçi hakimlərdən Çisambi isə "Yanlış bir şey etmədim. Heç pul da almamışam. Hakimlik karyeramın bu şəkildə bitməsi çox acıdı" sözlərini söyləyib.

Oyunu "almaq" istəyən komanda haqda isə hələ qərar verilməyib.
 
Sport7.az

Xəbər lenti