20 yaşlı futbolçu

20 yaşlı futbolçu "Barselona"ya qayıtdı

"Şalke"də icarə əsasında oynayan Xuan Miranda "Barselona"ya qayıdıb.
 
Sport7.az xəbər verir ki, bu haqda alman klubunun tvitter səhifəsində məlumat yer alıb. "Şalke" ilə əməkdaşlıq müqaviləsi başa çatan müdafiəçi öz komandasına göndərilib. 
 
Miranda keçən yay "Şalke"yə qatılmışdı. 20 yaşlı oyunçu alman klubunda meydana çıxdığı 8 qarşılaşmada 1 məhsuldar ötürməyə müəlliflik edib. Onun "Barselona" ilə hazırkı müqavilə müddəti 2021-ci ilin iyununa qədərdi.

Daha əvvəl "Portu"nun da onun xidmətlərində maraqlı olduğu bildirilmişdi.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR