20 yaşlı futbolçu Bundesliqanın tarixinə düşdü

20 yaşlı futbolçu Bundesliqanın tarixinə düşdü

Dortmund "Borussiya"sının futbolçusu Ceydon Sanço tarixə düşüb.
 
Sport7.az xəbər verir ki, Bundesliqanın 29-cu turunda "Paderborn"la matçda het-trikə imza atan Sanço Almaniya çempionatındakı qollarının sayını 17-ə çatdırıb.
 
Bununla da o, 2004/2005 mövsümündən bəri Bundesliqa tarixində 15-dən çox qol vuran və məhsuldar ötürməyə imza atan ilk futbolçu olub. 20 yaşlı futbolçu bu mövsüm meydana çıxdğı 27 qarşılaşmada 17 qola, 16 məhsuldar ötürməyə müəlliflik edib.
 
Bununla yanaşı Sanço Almaniyada 30 qol vuran ən gənc futbolçu kimi də tarixə düşüb. O, 20 yaş 270 günlüyündə bunu həyata keçirən ilk oyunçu olub. 
 
Ceydon 2017-ci ildə "Mançester Siti"dən Dortmund klubuna transfer olunub. Transfer qiyməti 8 milyon avro olan ingilis futbolçunun "Borussiya" ilə müqaviləsinin müddəti 2022-ci ilə qədərdi. 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR