2008-ci ilin çempionları yenidən bir arada (FOTO)

2008-ci ilin çempionları yenidən bir arada (FOTO)

2007-08 mövsümündə NBA-da çempionluq yaşayan "Boston"un heyət üzvləri ABŞ-ın Müstəqillik Gününü qeyd etmək məqsədilə bir araya gəliblər.

Görüşdə Kevin Qarnett, Rajon Rondo, Pol Pirs, Kendrik Pörkins, həmçinin 2008-09 mövsümündə "Seltiks" forması geyinən Sem Kassell iştirak edib.

Çempionluğun qazanılmasında həlledici rola sahib Rey Allen onların sırasında olmayıb. Snayperin sonradan "Boston"u "Mayami"yə dəyişməsi onun sabiq komanda yoldaşları ilə münasibətlərinin pozulmasına səbəb olmuşdu.
 


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR