AFFA klubları cəzalandırdı

AFFA klubları cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Sport7.Az PFL-in rəsmi saytına istinadən həmin iclasda qəbul edilən qərarları təqdim edir:  

Əvəzedici heyətlərin X turunun "Sumqayıt”–"Xəzər Lənkəran” matçının 76-cı dəqiqəsində "Xəzər Lənkəran” klubunun 70 №-li futbolçusu Elşən Rzazadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48). 

Əvəzedici heyətlərin X turunun "Bakı” – "Neftçi” matçının 76-cı dəqiqəsində "Bakı” klubunun 53 №-li futbolçusu Sənan Bayramzadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48). 

Topaz Premyer Liqasının XI turunun "Xəzər Lənkəran” – "Simurq” matçında "Simurq” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40). 

Topaz Premyer Liqasının XI turunun "Neftçi” – AZAL matçının 82-ci dəqiqəsində AZAL klubunun 12 №-li futbolçusu Luis Ramos idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48). 

Topaz Premyer Liqasının XI turunun "Qəbələ” – "Bakı” matçında "Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40).

Oyunun 90-cı dəqiqəsində "Bakı” klubunun 21 №-li futbolçusu Elşad Manafov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48). 


Əvəzedici heyətlərin XI turunun "Simurq”  – "Xəzər Lənkəran” matçında "Simurq” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40). 

Oyunun 90-cı dəqiqəsində "Xəzər Lənkəran” klubunun 53 №-li futbolçusu İlyas Səfərzadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 37.1)

Əvəzedici heyətlərin XI turunun "Neftçi” – AZAL matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40). 

I Divizionun IX turunun "Lokomotiv” – "Kəpəz” matçında "Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40). 

I Divizionun IX turunun "Zirə” – "Qaradağ Lökbatan” matçında "Zirə” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40). 

I Divizionun IX turunun "MOİK” – "Şahdağ” matçının 65-ci dəqiqəsində "Şahdağ” klubunun 24 №-li futbolçusu Rüstəm Əskərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48). 

I Divizionun IX turunun "Şuşa” – "Rəvan” matçında "Şuşa” klubunun məşqicisi Toğrul Əhmədov hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun cəzalanır, klub 500 manat cərimə olunur (maddə 42.4).

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR