"Qarabağ"a qarşı oynamayacaq

"Çelsi"nin aparıcı futbolçularından olan Nqolo Kantenin durumuna aydınlıq gəlib.
 
Sport7.az xəbər verir ki, London klubunun dayaq yarımmüdafiəçisi 3 həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu haqda klubun rəsmi saytı məlumat yayıb. Kante Fransa milli komandasının heyətində DÇ-2018-in seçmə mərhələsində Bolqarıstanla matçda zədələndiyi bildirilir. 

O, qış fasiləsinə qədər Çempionlar Liqasında "Qarabağ", "Roma" və "Atletiko" ilə oyunlarda iştirak etməyəcək.
 
Sport7.az

Xəbər lenti