Bayramınız mübarək!

Bayramınız mübarək!
Əziz Sport7.az oxucuları, saytımızın kollektivi adından sizi Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətiylə təbrik edirik. Sizə şəxsi həyatınızda və işlərinizdə uğurlar, can sağlığı arzulayırıq.

Yaşadığımız dövrün çətinlikləri, gündəlik qayğılar sizi yormasın, usandırmasın. Yeni və ondan sonrakı bütün illəriniz xoş keçsin, hər gününüz bayram olsun. Hə bir də idmanla və onun şahı sayılan futbolla maraqlanmağa, ən son və obyektiv xəbərləri Sport7.az-dan almağa, bizi izləməyə davam edin.

Öz növbəmizdə biz də sizə söz veririk ki, 2017-ci ildə də sizin zövqünüzü oxşamağa, həqiqətləri sizə çatdırmağa, idmanımız və futbolumuzun problemini qabartmaqla onların həllinə çalışmağa davam edəcək, prinsiplərimizdən dönməyəcəyik!

Yeni İliniz Mübarək!

Xəbər lenti