La Liqa klubunda yeni baş məşqçi

La Liqa klubunda yeni baş məşqçi
İspaniya La Liqasının üzvü "Malaqa" yeni baş məşqçisinin adını açıqlayıb.
 
Sport7.az xəbər verir ki, söhbət son klubu Çinin "Beytszin Qoan" olan 51 yaşlı mütəxəssis Xose Manuel Qonsales Lopesdən gedir. Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.

Klubdan verilən açıqlamada, Lopesi 2015/16-cı illər mövsümündə "Qranada"nın ölkə çempionatının aşağı divizionuna düşməsinin qarşısını aldığı və komandanın çempionatı 16-cı yerdə tamamladığı yazılıb.
 
Yanvarın 13-də klub baş məşqçi Miçel Qonsalesi istefaya göndərib. Komanda 19 oyundan sonra 11 xal ilə İspaniya çempionatında sonuncudan əvvəlki yerdə qərarlaşıb.
 
Sport7.az

Xəbər lenti