Çempionlar Liqası: Həftənin ən yaxşı oyunçusu seçildi

Çempionlar Liqası: Həftənin ən yaxşı oyunçusu seçildi
UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adını açıqlayıb.
 
Sport7.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. 
 
Azarkeşlər arasında keçirilən sorğuda səslərin 51 faizini toplayan "Liverpul"un yarımmüdafiəçisi Sadio Mane bu ada layiq görülüb. 

Seneqallı futbolçu "Roma”dan Edin Ceko (31 faiz) və "Yuventus”dan Mario Mancukiçi (16 faiz) geridə qoyub.

Qeyd edək ki, Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçında səfərdə "Mançester Siti"ni 2:1 hesabı ilə məğlub edən "Liverpul” adını yarımfinala yazdırıb. İngilis klubu bu mərhələdə "Roma” ilə qarşılaşacaq.
 
Sport7.az

Xəbər lenti