AFFA cəzaları yağdırdı

AFFA cəzaları yağdırdı
AFFA İntizam Komitəsinin iclası keçirilib.
 
Sport7.az qərarları təqdim edir:

Əvəzedici heyətlərin XXIII turunun "Zirə” – "Neftçi” matçında "Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur  (maddə 40).

Oyunun 90+4-cü dəqiqəsində "Zirə” klubunun 33 №-li futbolçusu Samir Məmmədzadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

I Divizionun XXIII turunun "Qaradağ Lökbatan” – "Zaqatala” matçının 43-cü dəqiqəsində "Zaqatala” klubunun 11 №-li futbolçusu Nicat Muxtarov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

I Divizionun XXIII turunun "Ağsu” – "Mil-Muğan” matçında "Mil-Muğan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).

Oyunun 57-ci dəqiqəsində "Mil-Muğan” klubunun 10 №-li futbolçusu Samir Babayev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 160 manat cərimə olunur (maddə 38.1).

I Divizionun XXIII turunun "Binə” – "Şüvəlan” matçı başa çatdıqdan sonra "Binə” klubunun rəsmi şəxsləri Rəhman Cəfərov, Süphan Əliyev, Сavid Tanrıverdiyev meydançaya daxil olaraq hakimlər briqadasını təhqir etdiklərinə görə hər biri 5 oyun cəzalnır,  klub 1200 manat cərimə olunur (maddə 42.4).
 
6 aprel 2018-ci il futzal üzrə Birinci Liqasında "Romana” – "Hell Energy” matçında "Romana” komandasının iştirak etməməsinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir. 
13 aprel 2018-ci il futzal üzrə Birinci Liqasının "Qarabağ” – "Yasamal-2” matçının 27-ci dəqiqəsində "Yasamal-2” klubunun 13 №-li futbolçusu Ceyhun Nağıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. Oyunun 27-ci dəqiqəsində "Yasamal-2” klubunun 8 №-li futbolçusu Rəhman Ələkbərli hakimin qərarına kəskin etiraz bildirdiyinə, hakimi təhqir etdiyinə və hakimə qarşı fiziki təzyiq göstərdiyinə görə 2 il yarışlardan kənarlaşdırırlır.

 
Sport7.az

Xəbər lenti