Yığmamız uduzdu – YENİLƏNİB

Yığmamız uduzdu – YENİLƏNİB
Bu gün 20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirəcək.
 
Sport7.az xəbər verir ki, yığmamız Gürcüstandan olan həmyaşıdları ilə qarşılaşacaq.
 
Bu, Rəşad Sadıqovun yetirmələrinin may ayı üçün nəzərdə tutulan 3 yoxlama matçından birincisi olacaq. Komandamız üç gündü Bakının qonağı olan Gürcüstan millisini "Dalğa Arena”da qəbul edəcək.
 
Matç saat 19:00-da başlayacaq.
 
Qeyd edək ki, U-20 yığmamız mayın 24-də və 27-də eyni stadionda Makedoniyanın U-21 millisi ilə 2 yoxlama oyununda qüvvəsini sınayacaq.
 
Yoldaşlıq oyunu

19:00. Azərbaycan U-20 – Gürcüstan U-20 1:2
(Ziya Əzizov, 66, David Muciri, 79, David Samurkasovi, 83) 

Azərbaycan U-20: Kamran İbrahimov, Faiq Hacıyev, Anton Krivoçyuk, Rişat Qarayev, Amin Seydiyev, İsmayıl İbrahimli, Famil Camalov, Ziya Əzizov, Kamran Əliyev, Hacıağa Hacılı, Fərid Nəbiyev.

Gürcüstan U-20: Nika Kavtaradze, Andria Rurçeladze, Nika Kurşavişvili, Yuri Tabatadze, Piruz Qabitaşvili, David Samurkasovi, Luka Poçxua, Tornike Cebniauri, İrakli Burqidze, Vato Arveladze, Mixail Erqemlidze.
 
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli
Dördüncü hakim: Vüqar Həsənli

"Dalğa Arena” stadionu
 
Sport7.az
 

Xəbər lenti