"Kəpəz" "Neftçi" ilə oyuna Bakıda hazırlaşır

"Kəpəz” Topaz Premyer Liqasında cari mövsümün son oyununa hazırlığı Bakıda keçirir.

Sport7.az xəbər verir ki, XXVIII turda evdə "Neftçi”ni qəbul edəcək "sarı-göylər” dünəndən qarşıdakı matç üçün məşqlərə başlayıblar.

Komanda mayın 18-də Gəncəyə gələcək. "Kəpəz” həmin gün və ertəsi doğma meydanda keçirəcəyi çalışmalarla tarixi derbiyə hazırlığı başa vuracaq.

Sport7.az

Xəbər lenti