Qaliblər mükafatlandırıldı - FOTOLAR

Qaliblər mükafatlandırıldı - FOTOLAR
Bayıl stadionunda keçirilən final oyununda Sumqayıtın "Uğur” və Mingəçevirin "Energetik” komandaları qarşılaşıb. 2:0 hesabı ilə qalib gələn "Uğur” 2017/2018-ci il mövsümünün qalibi olub. Üçüncü yeri isə "Füzuli” komandası tutub. 

Sport7.az xəbər verir ki, oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub.
 
Mükafatları AFFA-nın I vitse-prezidenti, millət vəkili Rauf Əliyev, baş katib Elxan Məmmədov, AFFA-nın İcraiyyə Komitəsinin üzvləri İskəndər Cavadov və Vaqif Sadıqov təqdim ediblər. 

Region Liqasının bombardiri 13 qolla Balazahir Əsədullayev ("Şağan”) olub. "Uğur” komandasının üzvü Nahid Mehrəliyev liqanın ən yaxşı futbolçusu, Şöhrət Rehimov ("Füzuli”) ən yaxşı qapıçısı seçilib.
 








 
Sport7.az

Xəbər lenti