"Neftçi"dən növbəti transfer - RƏSMİ

"Neftçi” daha bir transferini rəsmiləşdirib. Komanda Rəşad Eyubovla 1 illik müqavilə imzalayıb.
 
Sport7.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi "ağ-qaralar”ın heyətində 4 nömrəli formanı geyinəcək.

Rəşad Eyubov ötən mövsümü "Sumqayıt” klubunun heyətində keçirib və 28 oyunda 4 qol vurub. O, karyerası ərzində Ukraynanın "Çernomorets” və "Metallurq” klubları ilə yanaşı, ölkəmizdə "Simurq”, "Xəzər Lənkəran”, "Kəpəz” və "Qəbələ”də də çıxış edib.

Qeyd edək ki, "Neftçi” bundan öncə cinah müdafiəçisi Tural Axundov və braziliyalı hücumçu Dario Frederiko ilə münasibətlərini rəsmiləşdirib.
 
Sport7.az

Xəbər lenti