DÇ-2018: Argentina "yola davam" dedi

DÇ-2018: Argentina
Rusiyada təşkil olunmuş futbol üzrə dünya çempionatı davam edir.

Sport7.az xəbər verir ki, bu gün C və D qruplarında yer alan komandaların iştirakı ilə daha 4 oyun baş tutacaq.

C qrupununda 1/8 finala vəsiqəni təmin etmiş Fransa Danimarka qarşılaşacaq. Bu oyunda Fransa liderliyini qorumağa çalışacaq. Onlara bu yolda heç-heçə də kifayət edəcək. Avstraliya isə xalsız olan Peru ilə görüşəcək. Danimarka fransızlarla oyunda məğlub olsa, Avstraliyanın qələbə qazanmaqla ikinci pilləni tutmaq şansı da var.

D qrupunda isə artıq pley-offa vəsiqəni birinci yerlə təmin etmiş Xorvatiya İslandiya ilə qarşılaşacaq. İlk iki oyunda gözlənilməz nəticələrə imza atan Argentina yığmasını isə Nigeriya ilə həlledici duel gözləyir. 

DÇ-2018
26 iyun

C qrupu

18:00. Danimarka - Fransa 0:0
Baş hakim: Sandro Riççi (Braziliya).
Moskva. "Lujniki” stadionu.

18:00. Avstraliya - Peru 0:2
Baş hakim: Sergey Karasyov (Rusiya).
Soçi. "Fişt” stadionu.

Fransa – 6, Danimarka – 4, Avstraliya – 1, Peru – 0.

D qrupu

22:00. Nigeriya - Argentina 1:2
Baş hakim: Cüneyt Çakır (Türkiyə).
Sankt Peterburq. "Sankt Peterburq” stadionu.

22:00. İslandiya - Xorvatiya 1:2
Baş hakim: Antonio Mateo Lahos (İspaniya).
Rostov. "Rostov Arena”. 

Xorvatiya – 6, Nigeriya – 3, İslandiya – 1, Argentina – 1

Xəbər lenti