Qurban Qurbanovdan qələbə şərhi

Qurban Qurbanovdan qələbə şərhi
Dünən gücə Sloveniya çempionu "Olimpiya”nı 1:0 hesabıyla məğlub edən "Qarabağ” artıq vətənə dönüb.

Sport7.az xəbər verir ki, oyundan sonra Qurban Qurbanov fikirlərini klubunun rəsmi saytına açıqlayıb.

Çalışdırıcı Bakıdakı oyunun da çətin keçəcəyini deyib:

"Gözlədiyimiz kimi, ağır qarşılaşma oldu. "Olimpiya" bir daha yaxşı komanda olduğunu göstərdi. Futbolçularım meydanda çox güc sərf etdi. Düzdür, bu gün minimal hesablı qələbə qazandıq. Amma Bakıda bizi daha çətin və ağır oyun gözləyir. Bu oyuna tam ciddi hazırlaşmalıyıq”.

Sport7.az
 

Xəbər lenti