Millimizin rəqibləri bəlli oldu

Millimizin rəqibləri bəlli oldu
Qazaxıstan ənənəvi olaraq təşkil olunan "Prezident kuboku”nda iştirak edəcək 17 yaşadək futbolçulardan ibarət yığmamızın rəqibləri müəyənləşib.

Sport7.az xəbər verir ki, Ramin Quliyevin başçılıq etdiyi komanda B qrupunda Qazaxıstanın U-17 və Qırğızıstanın U-16 yığmaları ilə mübarizə aparacaq.

Qeyd edək ki, turnir 23-29 avqust tarixlərində Talqar şəhərində keçiriləcək.
 
Sport7.az

Xəbər lenti