"Zirə"yə texniki məğlubiyyət verildi

AFFA İntizam Komitəsi "Zirə" klubuna texniki məğlubiyyət verib.

Sport7.az xəbər verir ki, bu barədə qərar bu gün İntizam Komitəsinin iclasında qəbul olunub.
 
Topaz Premyer Liqasının 4-cü turda "Səbail"ə qarşı matçda komandanın yaş limitini pozması buna səbəb olub. Klub sözügedən görüşdə, turnirin reqlamentinə əsasən protokola 1998-ci il və ya daha gənc təvəllüdlü futbolçu daxil etməyib. Buna görə oyunun nəticəsi ləğv edilib, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Qeyd edək ki, "Səbail" - "Zirə" görüşündə 1:1 bərabərlik qeydə alınmışdı. 
 
Sport7.az

Xəbər lenti