“Qarabağ”ın rəqibindən yeni müqavilə

“Qarabağ”ın rəqibindən yeni müqavilə
"Qarabağ”ın Avropa Liqasında rəqiblərindən olan "Arsenal” klubu yeni forma sponsoru ilə razılıq əldə edib.

Sport7.az xəbər verir ki, bu barədə klubun rəsmi "tvitter" səhifəsi məlumat yayıb. 

"Puma” şirkəti ilə müqaviləsi mövsümün sonunda bitəcək İngiltərə klubu, "Adidas” şirkətiylə razılıq əldə edib. Gələn mövsümdən forma sponsoru olacaq "Adidas" şirkəti ilə 5 illik müqavilə imzalanıb. Bu müddətdə  "Arsenal" 340 milyon avro gəlir əldə edəcək.

Xatırladaq ki, "Arsenal” Avroliqanın E qrupunda "Qarabağ”, "Sportinq” və "Vorskla” klublarıyla mübarizə aparır.
 
Sport7.az

Xəbər lenti