Argentinalı futbolçu karyerasını başa vurdu

Argentinalı futbolçu karyerasını başa vurdu
Argentina yığmasının sabiq müdafiəçisi Nikolas Burdisso karyerasını başa vurub.

Sport7.az xəbər verir ki, bu barədə özü məlumat verib. 
 
O, "İnstaqram” hesabında "Futbolçu karyeramı başa vurmağın zamanı yetişdi. Bu səyahət müddətində məni dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm”, yazıb. 
 
Qeyd edək ki, 37 yaşlı müdafiəçi peşəkar karyerasına 1999-cu ildə yetirməsi olduğu "Boka Xuniors”da başlayıb. 2004-cü ildən "İnter", 2009-2014-cü illərdə "Roma”da çıxış edib. Nikolasın son iş yeri 2017/18 mövsümündə şərəfini qoruduğu "Torino” olub. Argentina yığmasında 49 oyun keçirən Burdisso 2 qola imza atıb. 
 
Sport7.az

Xəbər lenti