Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı

Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı
UEFA Millətlər Liqası çərçivəsində keçiriləcək Azərbaycan - Malta oyununun mətbuat konfransları və mətbuat üçün açıq məşqlərin vaxtı məlum olub.

Sport7.az xəbər verir ki, əvvəlvə Malta millisinin baş məşqçisi Rey Farruciya jurnalistlərin qarşısına çıxacaq.

Hər iki mətbuat konfransı və məşq oyunun keçiriləcəyi stadionda təşkil olunacaq.


13 oktyabr

Malta milli komandası
Saat 17:15. Mətbuat konfransı
Saat 18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Azərbaycan milli komandası
Saat 19:00. Mətbuat konfransı
Saat 19:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq 

Qeyd edək ki, Azərbaycan - Malta qarşılaşması 14 oktyabr, saat 20:00-da Bakı Olimpiya stadionunda keçiriləcək.

Xəbər lenti