Elxan Məmmədov UEFA-nın tədbirində

Elxan Məmmədov UEFA-nın tədbirində
Bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil qərargahında Avropa futbol qurumunun Fair Play və Sosial Məsuliyyət Komitəsinin növbəti iclası keçiriləcək.

Sport7.az xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədov iclasda iştirak edəcək.

Qeyd edək ki, E.Məmmədov Avropa futbol qurumunun Fair Play və Sosial Məsuliyyət Komitəsinin 2-ci müavinidir.
 
Sport7.az

Xəbər lenti