Almeydalı "Astana"dan qələbə

Almeydalı
Avropa Liqasında qrup mərhələsinin 4-cü turuna yekun vurulub.
 
Sport7.az xəbər verir ki, yığmamızın üzvü Riçard Almeydanın da formasını geydiyi Qazaxıstan "Astana”sı öz meydanında Çexiya təmsilçisi "Yablonets”i sınağa çəkib. Bu görüşdə 2:1 hesablı qələbəyə sevinən "Astana”nın ilk qolunu "Qarabağ”ın digər sabiq futbolçusu Pedro Enrike vurub.
 
O, qarşılaşmada sarı vərəqə ilə də cəzalanıb. Almeyda isə start heyətdə meydana çıxaraq 71 dəqiqə oynayıb.
 

Sport7.az

Xəbər lenti