"Qarabağ" vətənə qayıtdı

Avroliqanın qrup mərhələsi çərçivəsində dünən səfərdə Ukrayna "Vorskla”sı ilə qarşılaşan "Qarabağ” vətənə qayıdıb.
 
Sport7.az xəbər verir ki, Ağdam klubunu gətirən təyyarə təxminən 17:40 radələrində Bakıya eniş edib.

Əslində təmsilçimiz ötən gecə oyun bitən kimi Bakıya yola düşməli idi. Amma əlverişsiz hava şəraiti ucbatından təyyarənin havaya qalxmasına icazə verilmirdi. Bu üzdən də "Qarabağ” bu gün yalnız günorta saatlarında Ukraynanı tərk edə bilib.

Qurban Qurbanovun çalışdırdığı kollektiv "Vorskla”ya 1:0 hesabıyla qalib gəlib.
 
Sport7.az

Xəbər lenti