İcraiyyə Komitəsinin iclası keçiriləcək

İcraiyyə Komitəsinin iclası keçiriləcək
AFFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək.
 
Sport7.az xəbər verir ki, yığıncaq dekabrın 8-də baş tutacaq. Tədbir AFFA-nın inzibati binasında təşkil olunacaq.

İcraiyyə Komitəsinin növbəti iclası saat 11:00-da başlayacaq.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. Azərbaycan milli komandasının son 1 il ərzində göstərdiyi nəticələrin müzakirəsi

2. Aşağı yaş qruplarından ibarət yığma komandalar üçün strategiyanın müzakirəsi

3. Klubların Lisenziyalaşdırması prosesi ilə bağlı maliyyə şəffaflığı məsələsinin müzakirəsi

4. Hakimlər Komitəsinin tərkibinin təsdiqi

5. Digər məsələlər
 
Sport7.az

Xəbər lenti