“Yuventus” futbolçusu ilə müqaviləni yenilədi

“Yuventus” futbolçusu ilə müqaviləni yenilədi
"Yuventus"un futbolçu Aleks Sandro ilə yeni müqavilə bağlayıb.
 
Sport7.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 
 
27 yaşlı futbolçu daha beş il "Yuventus”un şərəfini qoruyacaq. Klub müqavilənin maliyyə tərəflərini açıqlamayıb. Braziliyalı müdafiəçinin hazırda həftəlik məvacibi 110 min avrodur. Aleks İtaliyada Seria A-da ən yüksək məvacib alan futbolçulardan biridir.

A.Sandro Fransanın PSJ və İngiltərənin "Mançester Yunayted” klublarının maraq dairəsindədir.

Braziliyalı 2015-ci ildə Portuqaliyanın "Portu” klubundan 26 milyon avroya transfer olunub. O, Turin klubunun heyətində 132 oyunda 9 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Sport7.az

Xəbər lenti