Kim gəlir, kim gedir? - YENİLƏNİR

Kim gəlir, kim gedir? - YENİLƏNİR
Azərbaycan Premyer Liqasında çıxış edən klublar vaxt itirmədən transfer çalışmalarına start veriblər.

Sport7.az xəbər verir ki, komandalar iddiasına görə heyətini gücləndirir.

Artıq bəzi klublar heyətlərindəki ehtiyac olmayan futbolçulardan canlarını qurtarıb, bəzi üzvləri ilə müqavilələri yeniləyir, yeni transferlər edir. 

 
Qarabağ
 
Gələn: Reynaldo Silva ("Aktobe", Qazaxıstan), Hacıağa Hacılı ("Qəbələ"), Riçard Almeyda ("Astana", Qazaxıstan, icarə)
Gedən: Turan Vəlizadə ("Neftçi"), Coşqun Diniyev ("Sabah")
Müqavilə müddətini artıran: Yoxdur

Neftçi
 
Gələnlər: Mamadu Mbodj ("Jalgiris", Litva), Mamadu Kane ("Kalum", Qvineya), Turan Vəlizadə ("Qarabağ"), Aqil Məmmədov ("Qəbələ")
Gedən: Rəşad Eyubov ("Sabah"), Rəşad Əzizli ("Sumqayıt")
Müqavilə müddətini artıran: Yoxdur

Qəbələ
 
Gələn: Anar Nəzirov ("Zirə"), Davit Volkovi ("Saburtalo", Gürcüstan)
Gedən: Təmkin Xəlilzadə ("Sabah"), Aqil Məmmədov ("Neftçi"), Hacıağa Hacılı ("Qarabağ")
Müqavilə müddətini artıran: Yoxdur

Sabah
 
Gələn: Rəşad Eyubov ("Neftçi"), Təmkin Xəlilzadə ("Qəbələ"), Coşqun Diniyev ("Qarabağ")
Gedənlər: Vitali Kvaşuk, Əlibəy Məmmədli, Elvin Bədəlov, Aydın Bayramov ("Sumqayıt"), Tural Qürbətov, Ülvi İbazadə, Elvin Yunuszadə ("Səbail")
Müqavilə müddətini artıran: Yoxdur

Səbail
 
Gələn: Elvin Yunuszadə ("Sabah")
Gedən: Edqar Paçeko
Müqavilə müddətini artıran: Yoxdur

Sumqayıt
 
Gələn: Rəşad Əzizli ("Neftçi"), Adil Nağıyev ("Zirə"), Aydın Bayramov ("Sabah")
Gedən: Bəxtiyar Həsənalızadə ("Zirə")
Müqavilə müddətini artıran: Yoxdur

Zirə
 
Gələn: Bəxtiyar Həsənalızadə ("Sumqayıt"), Orxan Sadıqlı ("Keşlə")
Gedən: Adil Nağıyev ("Sumqayıt"), Vüsal İsgəndərli ("Keşlə"), Anar Nəzirov ("Qəbələ")
Müqavilə müddətini artıran: Yoxdur

Keşlə
 
Gələn: Vüsal İsgəndərli ("Zirə"), Con Kamara ("Kaysar", Qazaxıstan)
Gedənlər: Herve Tçami (müqavilə müddəti başa çatıb), Ebrima Sohna, Bahodir Nəsimov, Georgios Georgiadis, Elnur Cəfərov, Məmməd Quliyev, Orxan Sadıqlı ("Zirə")
Müqavilə müddətini artıran: Yoxdur
 
 
Sport7.az

Xəbər lenti