Salah Afrikanın ən yaxşı futbolçusu seçildi

Salah Afrikanın ən yaxşı futbolçusu seçildi

2018-ci ildə Afrika qitəsinin ən yaxşı futbolçusunun adı açıqlanıb. 
 
Sport7.az xəbər verir ki, bu barədə Afrika Futbol Konfederasiyasının rəsmi "Twitter" səhifəsi məlumat yayıb. 
 
Bu ada "Liverpul" misirli yarımmüdafiəçisi Məhəmməd Salah layiq görülüb. Mükafatlandırma mərasimi Dakar şəhərində keçirilib.

Misir yığmasının futbolçusu bu mükafat uğrunda mübarizədə seneqallı həmklubu Sadio Mane və London "Arsenal"ının qabonlu hücumçusu Pyer-Emerika Obameyanqı qabaqlayıb.

Salah ikinci il ardıcıl olaraq sözügedən mükafata layiq görülür, halbuki Mane və Obameyanq ötən il də ilk üçlüyə daxil idi.

Qeyd edək ki, 26 yaşlı futbolçu 2018-ci ildə 36 oyuna 32 qol vurmaqla İngiltərə Premyer Liqasının ən yaxşı bombardiri olub. Cari mövsümdə onun hesabında 13 qol var və Salah bombardirlər yarışmasında üçüncü yerdə qərarlaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR