"Sumqayıt"dan darmadağın

"Sumqayıt" klubu təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. 
 
Sport7.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv I Divizion təmsilçisi "Şüvəlan"la üz-üzə gəlib. "Dalğa Arena"nın köməkçi meydançasında baş tutan qarşılaşma "Sumqayıt"ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Gənclik şəhəri" təmsilçisinin qollarına 52, 68, 82 və 89-cu dəqiqələrdə müvafiq olaraq Murad Xaçayev, Ülvi İsgəndərov, Ehtiram Şahverdiyev və Rüfət Abdullazadə imza atıb. 

Qeyd edək ki, "Sumqayıt" yanvarın 13-də təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə yollanacaq. Komanda qonşu ölkədə 4 yoxlama oyunu keçirməyi planlaşdırır. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR