Azərbaycan çempionatına yekun vuruldu

Azərbaycan çempionatına yekun vuruldu

7-8 fevral tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında Azərbaycan çempionatı başa çatıb. 
 
Sport7.az federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, körpücük üzərinə son olaraq 89, 96, 102, 109 və +109 kq çəki dərəcəsində mübarizə aparan atletlər çıxıblar. Tribunada yer alan tamaşaçılar maraqlı yarış izləyiblər. 89 kq çəki dərəcəsində toplam 276 kq (125+151) nəticə göstərən Ceyhun Tağızadə, 96 kq çəki dərəcəsində toplam 332 kq (148+184) nəticə ilə Nailxan Nəbiyev, 102 kq çəki dərəcəsində isə toplam 323 kq (148+175) nəticə ilə Əliş Nəzərov qalib adını qazanıb. 109 kq çəki dərəcəsində toplam 270 kq (115+155) nəticə ilə İsmayıl Qurbanov və +109 kq çəki dərəcəsində isə toplam 312 kq (140+172) nəticə ilə Həsənbəy Həsənzadə çempionluğu bayram edib.

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanması idi. Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınadı.
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR