Çempionlar Liqası:

Çempionlar Liqası: "Ayaks" "Tottenhem"i məğlub etdi

Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.
 
"Tottenhem" "Ayaks"ı qəbul edib. 1/4 finalda müvafiq olaraq "Mançester Siti" və "Yuventus" kimi favoritləri mübarizədən kənarlaşdıran komandaların oyunu maraqla gözlənilirdi.
 
Qarşılaşmanın taleyini bir qol həll edib. 15-ci dəqiqədə fərqlənən Donni van de Bek "Ayaks"a qələbə qazandırıb. Beləliklə, Amsterdam klubu cavab görüşü ərəfəsində böyük üstünlük əldə edib.

Çempionlar Liqası

Yarımfinal (ilk görüş)

"Tottenhem" (İngiltərə) - "Ayaks" (Hollandiya) - 0:1
 
Qol: Van de Bek (15)

Baş hakim: Antonio Mateu Laos (İspaniya)

"Tottenhem Stedium", London
 
Komandalar arasındakı cavab görüşü mayın 8-də Hollandiyada keçiriləcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR