"Barselona"nın futbolçuları Qrizmannın transferinə qarşı çıxırlar

"Atletiko"nun hücumçusu Antuan Qrizmannın "Barselona"ya keçidi baş tutmaya bilər.

"Diario Sport"un xəbərinə görə, katalon klubunun heyət üzvləri Qrizmannın transferinə qarşı çıxırlar. Futbolçular bu barədə rəhbərliyi məlumatlandırıblar.

Bu, ilk növbədə ötən yay fransız forvardın "Barselona"ya keçməkdən imtina etməsi və qərarını "Qərar" adlı sənədli film vasitəsilə açıqlamaq fikrinə düşməsi ilə əlaqələndirilir. Futbolçular bunun kluba qarşı hörmətsizlik olduğunu düşünürlər.

Həmçinin Lionel Messi Qrizmannla əlaqə yaratmadığını komanda yoldaşlarının nəzərinə çatdırıb. "Barselona"nın lider oyunçuları insani keyfiyyətlərlə yanaşı, 28 yaşlı futbolçunun həm də oyunçu kimi komandaya gərəkli transfer olmadığını düşünürlər.

Qeyd edək ki, Antuan Qrizmann bir neçə gün əvvəl mövsümün sonunda "Atletiko"dan ayrılacağını bəyan etmişdi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR