Tarixə topla səyahət: 2003/2004-cü illər mövsümü rəqəmlərlə

Tarixə topla səyahət: 2003/2004-cü illər mövsümü rəqəmlərlə

"Tarixə topla səyahət" rubrikasına davam...
 
Bu dəfə 2003/2004-ci illər mövsümünə səyahət edəcəyik. Mövzumuz sayca 12-ci olan Azərbaycan çempionatıdır.  

Həmin mövsüm Yüksək dəstədə 14 komanda çempionluq uğrunda mübarizə aparıb. 

Çempionatın reqlamentinə əsasən, 15 klub dairəvi sistemlə mübarizəyə başlayıb. Bu komandalardan 4-ü – "Lokomotiv”, "Cəzər”, "Bakılı”, "Ədliyyə” aşağı dəstədən gəlib, "Dinamo-Bakılı” adını dəyişərək yenidən "Dinamo” olub, "Şahdağ” isə "Şahdağ-Samur” olub.

"Ümid” mübarizəni erkən dayandırdığından nəticələri ləğv olunub. "Lokomotiv” I dövrədən sonra dağıldığı üçün nəticələri saxlanılıb və rəqiblərinə texniki qələbə verilib.

2 komanda aşağı dəstəyə düşməli idi ki, bunlar da dağılan "Ümid”lə "Lokomotiv” olub. Lakin mövsüm bitə kimi "Xəzər” də dağılıb.
 
2000/2001-ci illər mövsümündə Azərbaycan çempionu adını "Neftçi" klubu qazanıb. Paytaxt təmsilçisi 26 turdan sonra 69 xalla qızıl medalların sahibi olub. 64 xalla "Şəmkir" gümüş, 60 xalla "Qarabağ-Azərsun" (Ağdam) bürünc medal qazanıb. 
 


Çempionatın ən sərrast futbolçusu "Qarabağ-Azərsun"un hücumçusu Samir Musayev seçilib. O, 23 oyunda 20 qola imza atıb. 
 


2003/2004-c2 illər mövsümündə "Neftçi" komandası dubl edərək həm çempionluq, həm də ölkə kubokunun sahibi olub. Paytaxt təmsilçisi həlledici görüşdə "Şəmkir"i 1:0 hesabı ilə məğlub edib. 
 


Röya Kərimli
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR