Finalçılar müəyyənləşdi

Finalçılar müəyyənləşdi

Badminton üzrə "Azerbaijan International 2019" turnirində yarımfinal mərhələsinə yekun vurulub.
 
Sport7.az xəbər verir ki, kişilərin şəxsi yarışında turnirin bir nömrəli reytinq favoriti, Danimarka badmintonçusu Rasmus Gemke və İsveç təmsilçisi Feliks Burestedt qarşılaşacaq.
 
Qadınların şəxsi kateqoriyasında isə Belçika idmançısı Lian Tan və Tailand badmintonçusu Pittayaporn Çaivan qızıl medal uğrunda üz-üzə gələcək.
 
Kişilərin qoşa yarışında həlledici görüşdə almaniyalı badmintonçular Mark Lamsfuss-Marvin Siedel cütü ingiltərəli Markus Elllis-Kris Lanqric tandemi ilə görüşəcək.
 
Qadınların qoşa yarışında ingiltərəli Kloe Börç-Lauren Smit tandemi finalda Rusiya badmintonçuları Yekaterina Bolotova-Alina Davletova cütü ilə mübarizə aparacaq.
 
Qarışıq qoşa yarışlarında isə Almaniya-Fransa dueli yaşanacaq. Həlledici görüşdə alman idmançılar Mark Lamsfuss-İzabel Herrtriç fransalı Tom Jikel-Delfin Delru ilə qarşılaşacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR