"Mançester Siti"də yeni müqavilə

Kayl Voker "Mançester Siti"də qalacaq.

"Goal"un məlumatına görə, ingilis futbolçu ilə 2 illik müqavilə imzalanacaq. Tərəflər qısa müddət ərzində razılığa gələ biliblər. Belə olan halda, Vokerin sazişi 2024-cü ilin yayında bitəcək.

2018-19 mövsümündə Premyer Liqda 33 matçda meydana çıxan cinah müdafiəçisinin aktivində 1 qol, 1 məhsuldar ötürmə var.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR