"Səbail"dən növbəti transfer

Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Səbail” daha bir futbolçunu heyətinə cəlb edib.

Sport7.az klubun rəsmi "facebook" səhifəsinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi ötən mövsümü "Zirə”də keçirmiş Bilal Həmdi ilə müqavilə imzalayıb. Əlcəzairli yarımmüdafiəçinin sözləşməsinin müddəti açıqlanmayıb.

Qeyd edək ki, "Səbail” buna qədər  Kamal Bayramov, Dilan Duventru, Turan Manfov, Urfan Abbasov,   Daniel Bojinovski və  Mirabdulla Abbasovu da transfer edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR