"Səbail" uduzdu, "Neftçi" moldovalıları darmadağın etdi - YENİLƏNİB

Bu gün Avropa Liqasında daha iki təmsilçimiz, "Səbail"lə "Neftçi" meydana çıxıb.

Sport7.az xəbər verir ki, səfərdə Rumıniya klubunun qonağı olan "Səbail" böyük dirəniş göstərsə də, bir qol vurmağa gücü çatmadı. Bəlkə də həmin qol komandanı növbəti mərhələyə daşıya bilərdi. Ancaq avrokubok təcrübəsinin azlığı, müəyyən qədər də gücün çatmaması təmsilçimizə çətinliklər yaratdı. "Səbail" səfərdə də 2:3 hesabı ilə məğlub olmasına baxmayaraq, əzmkarlığı ilə diqqət çəkməyi bacardı.
 
"Neftçi"nin isə bu mərhələni keçəcəyi elə ilk oyundan bəlli olmuşdu. Moldovalıların zəif çıxışı, təmsilçimizlə qarşılaşmada heç nə göstərə bilməməsi əslində Bakıda böyük hesabın gerçəkləşə biləcəyindən hardasa xəbər verirdi. Nəticə də müəyən mənada gözlənilən idi. Səfərdə "başından böyük danışan" "Sperantsa"nı 3:0 hesablı məğlubiyyətə uğradan Roberto Bordinin komandası, bakıda da bu uğurun davamını gətirərək, rəqibin "daşını daş üstə qoymadı" - 6:0. 
 
Beləliklə "Neftçi" Avroliqanın 2-ci təsnifat mərhələsində Rusiya təmsilçisi olan, Tula "Arsenal"ı ilə qarşılaşcaq.
 
Avropa Liqası

Birinci təsnifat mərhələsi, cavab oyunları

18 iyul

20:00. "Universitatya Krayova” (Rumıniya) – "Səbail” (Azərbaycan) 3:2
(Aleksandru Çikeldeu, 28, Boqdan Veteyelu, 53, Ağabala Ramazanov, 67, Dilan Duventuru, 69, Dos Santos, 90

"Universitatya Krayova": 13. Mirko Pilyatselli, 2. Tyaqo Ferreyra, 5. Boqdan Veteyelu, 6. Renato Keliç, 8. Aleksandru Mateyu, 9. Fortes Dos Santos, 10. Aleksandru Çikeldeu, 11. Nikuşor Banku (k), 14. Kamer Qaka, 22. Kristian Barbut, 27. İvan Martiç.
Ehtiyat oyunçular: 1. Laurentiu Popesku, 3. Marius Briceaq, 4. Florin Borta, 7. Mihay Roman, 21. Antoni İvanov, 23. Vasile Konstantin, 24. Florin Qardoş.
Baş məşqçi: Korneliu Papure.

"Səbail": 12. Daniel Bojinovski, 5. Vüqar Bəybalayev, 8. Yevgeni Koçuk, 10. Ağabala Ramazanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 21. Eriko Da Silva, 22. Mirabdulla Abbasov, 32. Elvin Yunuszadə, 34. Ürfan Abbasov, 91. Bilal Həmdi.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 3. Turan Manafov, 4. Eltun Yaqublu, 6. Maykl Essyen, 7. Fəhmin Muradbəyli, 9. Mirsahib Abbasov, 11. Dilan Duventru.
Baş məşqçi: Aftandil Hacıyev.

Hakimlər: Helqi Mikael Yonasson, Yohan Qunnar Qudmundsson, Brinqeyr Valdimarsson, İvar Orri Kristyansson (İslandiya)
Hakim-inspektor: Mehmet Murat İlqaz (Türkiyə)
UEFA nümayəndəsi: Roy Katçart (Şimali İrlandiya)
Krayova, "İon Oblemenko" stadionu
İlk oyun – 3:2

21:00. "Neftçi” (Azərbaycan) – "Sperantsa” (Moldova) 6:0
(Vangelis Platellas, 18, 40, Emin Mahmudov, 24-p., Dario Federiko, 42, Stiven Monroz, 68, İsmayıl Zülfüqarlı, 78) 

Neftçi: 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk, 6. Voyislav Stankoviç, 8. Emin Mahmudov (k), 10. Dario Federiko, 11. Vangelis Platellas, 19. Rauf Əliyev, 25. Kiril Petrov, 26. Ömər Buludov, 28. Stiven Monroz, 36. Mamadu Kane.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj, 7. Namiq Ələsgərov, 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 80. İsmayıl Zülfüqarlı, 93. Soni Mustivar.
Baş məşqçi: Roberto Bordin.

Speranta: 1. Denis Makoqonenko, 5. Mihail Bolun, 6. Bruno Barbosa, 8. Konstantin Sandu, 9. Felipe Ramires, 11. Fabritse Elundu, 15. Oliver Perea, 22. Ştefan Efros (k), 31. İon Arabaci, 87. Ruslan Çelari, 93. Maksim Yurku.
Ehtiyat oyunçular: 34. Daniel Avdyuşkin, 4. Dayron Mendosa, 10. İon Draqan, 17. İçaka Tyehi, 20. Rios Misas, 23. İsa Yusuf, 98. Alişer Mirzoyev.
Baş məşqçi: Kristian Efros.

Hakimlər: Yulian Veynberger, Maksimilian Kolbiç, Mihael Nemets, Andreas Heyss (Avstriya)
Hakim-inspektor: Albano Yanku (Albaniya)
UEFA nümayəndəsi: İvan Lekov (Bolqarıstan)
Bakı, "Bakcell Arena"
İlk oyun – 3:0.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR