Emil Balayev baş məşqçisiz qaldı

Emil Balayev baş məşqçisiz qaldı

Millimizin qapıçısı Emil Balayevin də forma geydiyi "Tobol"un baş məşqçisi Vladimir Qazzayev istefaya göndərilib.

Sport7.az xəbər verir ki, bu barədə Kostanay təmsilçisinin rəsmi saytı məlumat yayıb. Qərarın klubun yeni inkişaf strategiyası ilə bağlı olduğu bildirilir. Rusiyalı mütəxəssislə yanaşı, köməkçisi Nikolay Latışla da yollar ayrılıb.

Qazzayevin qovulmasına əsas səbəb kimi "Tobol"un Avropa Liqasının birinci təsnifat mərhələsində Lüksemburq "Jeness"inə uduzaraq, mübarizəni dayandırması göstərilir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR