"Qarabağ" üçün tanış hakim

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin APOEL (Cənubi Kipr) – "Qarabağ” (Azərbaycan) matçının hakim təyinatlarını açıqlayıb.

Sport7.az xəbər verir ki, Avropa futbol qurumu qarşılaşmanı İtaliya Futbol Federasiyasından hakimlər birqadasına tapşırıb.

Matçı David Massa idarə edəcək. Ona Fabiano Preti və Alberto Tegoni yardımçı olacaq. Dördüncü hakim funksiyasını Rosario Abisso yerinə yetirəcək. 

Massa əvvəllər də "Qarabağ"ın oyununu idarə edib. Belə ki, referi Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ” - "Arsenal” matçını baş hakimi olub. Ötən il oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçirilmiş görüşdə ingilislər Azərbaycan çempionunun qapısından 3 cavabsız top keçirmişdilər.

İtaliyalı hakim "Qarabağ"la yanaşı, APOEL üçün də tanışdı. Belə ki, Massa 2015-ci ilin iyununda nikosiyalıların "Vardar"la görüşündə iş başında olub.

Xatırladaq ki, APOEL - "Qarabağ" oyunu avqustun 6-da Nikosiyada keçiriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR