San-Xose (WTA): Saysay Çjen karyerasının ilk titulunu qazandı

San-Xose (WTA): Saysay Çjen karyerasının ilk titulunu qazandı

ABŞ-ın San-Xose şəhərində keçirilən, "Premier" seriyalı "Mubadala Silicon Valley Classic" turnirində qalib müəyyənləşib.

Finalda Arina Sobolenko və Saysay Çjen üz-üzə gəlib. 1 saat 47 dəqiqəlik mübarizənin tamamında WTA sıralamasında 10-cu olan rəqibinə set verməyən çinli tennisçi çempion olub. Bu, Çjenin karyerası ərzində qazandığı ilk tituldu.


Mubadala Silicon Valley Classic (Premier)

San-Xose, ABŞ

Final

Saysay Çjen (Çin) - Arina Sobolenko (Belarus) - 2:0 (6:3, 7:6)


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR