Nazarovun komandasından qələbə

Nazarovun komandasından qələbə

Almaniya 2-ci Bundesliqasında 10-cu turun oyunları keçirilib.

 

Sport7.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge” klubu da növbəti matçına çıxıb. Aue təmsilçisi doğma meydanda "Nürnberq”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:3. Nazarov da bu matçın iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin futbolçusu sonadək oynayıb. Komandasının ilk qolunu Dmitri vurub. O, 62-ci dəqiqədə penaltidən fərqlənməklə cari mövsümdə vurduğu qolların sayını 5-ə çatdırıb.

 

10 tura 18 xal yığan  "Ersgebirge” turnir cədvəlində 18 kollektiv arasında 4-cüdü.


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR