Azərbaycan kuboku keçiriləcək

Azərbaycan kuboku keçiriləcək

9-10 noyabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında ağır atletika üzrə Azərbaycan Kuboku keçiriləcək.
 
Sport7.az xəbər verir ki, yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atlet öz qüvvəsini sınayacaq.

Azərbaycan Kubokunun təşkilində məqsəd atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR