Millimizin rəqibləri müəyyənləşdi

Millimizin rəqibləri müəyyənləşdi

Bu gün final mərhələsi 2020-ci ildə Litvada təşkil olunacaq futzal üzrə dünya çempionatının elit-raundunun püşkatma mərasimi keçirilib.
 
Sport7.az xəbər verir ki, millimiz Rusiya, Xorvatiya və Slovakiya komandaları ilə qarşılaşacaq. Bu qrupun oyunları gələn il yanvarın 27-dən fevralın 5-dək Xorvatiyada keçiriləcək. Qrup qalibləri birbaşa final mərhələsinə vəsiqə qazanacaq. İkinci pillənin sahibləri isə pley-off oyunlarında üz-üzə gələcək.
 
C qrupunda yer alan millimizin qrupunda ikinci pilləni tutacaq komanda D qrupunun ikincisi ilə üz-üzə gələcək. B qrupunun ikincisi isə A qrupunun ikincisi ilə gücünü sınayacaq. Qalib komandalar da həlledici mərhələyə yüksələcək.
 
Dünya çempionatının final mərhələsi gələn il sentyabrın 12-dən oktyabrın 4-dək Litvada təşkil ediləcək.
 
A qrupu

Portuqaliya
İtaliya
Belarus
Finlandiya
 
B qrupu

İspaniya
Serbiya
Ukrayna
Fransa
 
C qrupu

Rusiya
Azərbaycan
Slovakiya
Xorvatiya

D qrupu

Qazaxıstan
Sloveniya
Rumıniya
Çexiya

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR